Yaya Ture “Standard”dan ayrılıb. Belçika klubunda köməkçi-məşqçi işləyən sabiq yarımmüdafiəçi milli komandada işləyəcək.
Futbolinfo.az xəbər verir ki, Kot d İvuar millisinin keçmiş üzvü Səudiyyə Ərəbistanı yığmasında işləyəcək. O, burada vaxtilə rəhbərliyi altında oynadığı Roberto Mançiniyə yardım etmək təklifini qəbul edib.
40 yaşlı gənc mütəxəssis bir neçə uğursuz cəhddən sonra Lyej klubuna gəlmişdi. Lakin burada da uzun müddət qalmadı.