Misli Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 11-i saat 16:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Futbolinfo.az xəbər verir ki, qiyməti 2 (1B, 2A, 2B, 4A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/…/sport/neftci-pfk-sumqayit-fk7/104491

“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 10:00-dan etibarən satışda olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp