Səudiyyə Ərəbistanında gözlənilən istefa reallaşıb. Bir məğlubiyyəti Nuno Espirto Santuşa bağışlamayıblar.

Futbolinfo.az xəbər verir ki, portuqaliyaı mütəxəssisi “Əl İttihad”ın baş məşqçi postundan qovublar. Onun əvəzedicisi tezliklə müəyyənləşəcək.

Kərim Benzema, Nqolo Kante kimi ulduzlarla yola getməyən məşqçinin kreslosu onsuz da laxlayırdı. Xüsusilə Benzemanın alınmasını istəməyən məşqçi hücumçunu start heyətinə salmaq istəmirdi. Bu səbəbdən klub rəhbərliyi ilə bir neçə dəfə münaqişə yaşayan mütəxəssis ilk fürsətdəcə postundan qovuldu.

12 oyundan 21 xal toplayan “Əl İttihad” hazırda liderdən 11 xal geridədir. Komanda son turda “Əl Şahab”a yeganə qolla uduzub.

Shares: