Azərbaycan II Liqasının debütantlarından olan “Dinamo” baş məşqçisi ilə vidalaşıb. Novruz Əzimov özü istefa ərizəsini rəhbərliyə təqdim edib.
Futbolinfo.az xəbər verir ki, iki gün öncə “Şahdağ Qusar”a 0:9 hesablı məğlubiyyət Əzimovun qərarına əsas səbəbdir. 10 oyundan 12 xal toplayan çalışdırıcı bəzi oyunlardakı qərarları ilə futbolçuların inamını itirmişdi. Yekunda darmadağın onun gedişinə rəvac verdi.
Amma “Dinamo” yeni baş məşqçinin təyinatına tələsmir. Köməkçi-məşqçilərin rəhbərliyi altında növbəti matçlara çıxacaq paytaxt təmsilçisində qərar qış fasiləsində veriləcək.