“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” 2-ci təsnifat mərhələsində ilk matçına çıxacaq.
Famil Xəlilovun yetirmələri Yunanıstan klubu “Olimpiakos”u qəbul edəcəklər. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmaya saat 16:00-da start veriləcək. Görüşü gürcüstanlı hakim Qoqa Kikaçeişvili idarə edəcək.
Bu komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.
“Qəbələ” 1-ci təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.