ATP Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirir. Peşəkar tennisçilər assosasiyası yanvar ayında orada “Masters” turniri keçirmək fikrindədir.
“The Times”ın məlumatına görə , turnir “Australian Open”in başlanmasına bir həftə qalmış yekunlaşmalıdır. Böyük ehtimalla, qurumun rəhbərləri ilə ərəblər arasında gələn həftə Turində görüş baş tutacaq. Məhz həmin görüşdə təklif nəzərdən keçiriləcək. Yayılan xəbərlərə görə, təklifin dəyəri 500 milyon dollara çatır.
Turnir ATP-in təqvimində 2025-ci ildə peyda ola bilər. Hələlik onun başqa bir “Masters”i əvəzə edəcəyi , və ya yeni yarış olacağı ilə bağlı məlumat yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl ərəblər Madrid və Mayamidəki “Masters” turnirlərini almaq istədiklərini bildirmişdilər.