Arina Sabalenko Kankunda keçirilən yekun turnirin nəticələrinə görə 648 min dollar mükafat qazanıb. Bununla da, onun karyerası ərzində qazandığı pulların sayı 20,4 milyon dollar olub.
Belaruslu idmançşı tarixdə bu həddə çatan 24-cü tennisçidir. Hazırda çıxış edən tennisçilər arasında 30 yaşa çatmadan bu qədər qazanan cəmi 4 nəfər var. Sabalenkodan başqa bunlar polşalı İqa Şvyontek, yaponiyalı Naomi Osaka və ukraynalı Elina Svitolinadır.
Xatırladaq ki, Arina hazırda dünyanın bir nömrəli tennisçisidir. Lakin yeni həftədən dünya reytinqində liderliyi Şvyontek ələ alacaq.