Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalının 3-cü günü – cıdır və yorğa yarışları keçirilib.

Futbolinfo.az xəbər verir ki, 5-i Qarabağ və Dilbaz atlarının qaçışları və 6-sı yorğa yarışları olmaqla ümumilikdə 11 kubok uğrunda mübarizə aparılıb. Qaçışlar 1000, 1400, 1600, 1800, 2000, 2400 və 3200 metr məsafələrdə, erkək, dişi və axta atlar arasında, eyni zamanda, atlar və ayrılıqda dayçalar arasında təşkil olunub.

Qaçışların nəticələri aşağıdakı kimi olub:

• 1600 metr məsafədə: dayçalar arasında yorğa qaçışı – “Kəlbəcər Kuboku”, qalib atın adı Sultan, sahibi Müşviq Əliyev, çaparı Əli Məmmədov – Bakı şəhərini və Binə Atçılıq Mərkəzini təmsil edib;

•  2000 metr məsafədə: erkək və dişi Qarabağ atları arasında cıdır yarışı – “Zəngilan Kuboku”, qalib atın adı Spartak, sahibi Rövşən Fərhadov, çaparı Rauf Tahirov, məşqçisi Emin Atayev;

• 1600 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Laçın Kuboku”, qalib atın adı Tərtər, sahibi və çaparı Nurlan İmamverdiyev, Bakı şəhərini və Maştağa kəndini təmsil edib;

• 2000 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Füzuli Kuboku”, qalib atın adı Luna, sahibi və məşqçisi Fəxrəddin Atayev, çaparı Vüsal Nəzərov;

• 1800 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Qubadlı Kuboku”, qalib atın adı Sarıat, sahibi və çaparı Vüsal Əzimov, Bərdə rayonunu təmsil edib;

• 1800 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Cəbrayıl Kuboku”, qalib atın adı Nil, sahibi Rövşən Fərhadov, çaparı Rauf Tahirov, məşqçisi Emin Atayev;

• 2400 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Ağdam Kuboku”, qalib atın adı Ağçınqıl, sahibi Samir Abbasov, çaparı Xəlil Allahverdiyev, Gəncə şəhərini və Yurd Atçılıq Klubunu təmsil edib;

• 1400 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Xocavənd Kuboku”, qalib atın adı Bayraktar, sahibi Rəşad Əhmədov, çaparı Orxanbəy Hacıyev, məşqçisi Ramiz İbrahimov;

• 3200 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Ağdərə Kuboku”, qalib atın adı Püsat, sahibi və çaparı Ceyhun Cabbarov, Bərdə rayonunu təmsil edib;

•  1000 metr məsafədə: erkək, dişi və axta Qarabağ atları arasında cıdır yarışı – “Şuşa Kuboku”, qalib atın adı Dül-dül, sahibi Sərhədçi Atçılıq Klubu, çaparı Orxan Cəfərov, məşqçisi İmran Əhmədli;

• 2000 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Xankəndi Kuboku”, sahibi və çaparı Vüsal Əzimov, Bərdə rayonunu təmsil edib.

Shares: