“Qarabağ”la birinci matçı Almaniyada oynadıq. Qələbəyə baxmayaraq, Bakıda bizi ağır oyun gözləyir. İlk oyunda “Qarabağ” tam gücünü göstərə bilmədi. Qrupda birinci olmaq istəyirik. Azərbaycanda gücümüzü göstərəcəyik”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Bayer”in qapıçısı Matey Kovarj Avropa Liqasının 4-cü turunda “Qarabağ”la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Avropa Liqasında qonaq qismində çıxış etmək çox çətin olduğunu vurğulayıb: “Komandalar öz meydanlarında bütün güclərini ortaya qoyurlar. Ancaq mən Bakıdakı qarşılaşmada komandamın uğurlu nəticə əldə etməsinə çalışacağam”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.

Shares: