MHL komandası “Tampa Bey Laytinq”in qapıçısı Mett Tomkins draftda seçildikdən sonra ilk qələbəsini qazanıb. Bu hadisəni o, 11 il gözləməli olub.

29 yaşlı kanadalı qapıçı “Monreal Kanadiens”lə görüşdə 29 zərbədən 26-nı dəf etməyi bacarıb. Komandası isə 5:3 hesabı ilə qələbə qazanıb.

Tomkins 2012-ci ildə “Çikaqo Blekhouks” tərəfindən draftın 7-ci raundunda seçilmişdi. Ondan sonra qapıçı 4 il NCAA-da çiıxış etmişdi. Son iki ili isə qapıçı İsveç çempionatında keçirmişdi.

Qeyd edək ki, Mett Tomkins komandanın əsas qapıçısı Andrey Vasilevskinin zədələnməsinə görə oyunda iştirak edib.

MHL tarixində yalnız 3 qapıçı draftda seçildikdən sonra daha çox gözləməli olub. Rekord isə Rik Niklə aiddir. 1979-cu ildə “Buffalo” tərəfindən seçilən qapıçı ilk qələbəsini 14 il sonra “Los-Anceles Kinqs”in heyətində qazanıb. İkinci yerdə 13 il gözləyən Ceff Qless, üçüncüdə isə eyni müddət qələbəyə həsrət qalan Rob Tsep qərarlaşıb.

Shares: