MBA-nın komissioneri Adam Silver son “All-Star” oyunlarında marağın az olmasına görə məsuliyyəti öz üzərinə götürüb. Silverin sözlərinə görə, bir neçə gün əvvəl o bu barədə Kris Polla da söhbət edib. Məşhur basketbolçu əlavə faktorların çoxluğundan və bu səbəbdən də oyuna konsentrasiyanın aşağı düşməsindən gileylənib.
Liqa rəhbəri əyləncəli proqramların çoxluğuna diqqət yetirib: “Həddindən artıq çoxlu prosedur və proqramlar var. Bütün bunlar basketbolçuları yayındırır. Şou xarakterli proqramlar da olmalıdır. Onlar azarkeşləri cəlb edir. Lakin oyunçulara maneçilik törədir.
Bütün bunların günahkarı mənəm. Biz sistemli iş görmürük. Əgər basketbolçulardan oyunda ciddilik tələb ediriksə , özümüz də ciddi və məsuliyyətli olmalıyıq. Buna görə də oyundan əvvəl çıxışların sayını azaltmaq və onları qısaltmaq lazımdır. Böyük fasilə də öz normasına uyğun edilməlidir. Bu mövsüm İndianapolisdə keçiriləcək “All-Star” oyununda səhvləri aradan qaldıracağıq”, – deyə Adam Silver qeyd edib.