“Bu futboldur, qələbə qazanırsan, uduzursan. Bu dəfə uduzduq, səhvimizdən dərs aldıq və növbəti matça çıxmağa hazırlaşırıq. Hər oyundan hər birimiz öyrənməliyik”. Bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Elvis Maşike deyib.
Konqolu yarımmüdafiəçi Misli Premyer Liqasının 12-ci turunda “Sumqayıt”a 0:2 hesablı məğlubiyyətdən danışıb: “Bəzən gözlənilən şeylər əksinə olur. Bəlkə də “Sumqayıt”la matçda bizim qalib gələcəyimiz gözlənilirdi. Məsələn, heç kimin gözləmədiyi halda biz “Qarabağ” üzərində qələbə qazandıq. “Sumqayıt” isə ilk saniyələrdən çox motivasiyalı idi. Bu məğlubiyyət bizim motivasiyamıza təsir etməyəcək. Peşəkarıq və bu cür məğlubiyyətlərin öhdəsindən gələ bilirik. Bu cür oyunlardan öyrənirik və daha yaxşı çıxış etməyə çalışırıq”.
“Gözlənilməz olsa da, 4-cü pillədəsiniz, bunu qışa qədər davam etdirə biləcəksizmi” sualına Maşike belə cavab verib: “Bəli və ya xeyir deyə bilmərəm. Amma bacaracağımıza inanıram. Hər şey öz əlimizdədir. Bizə heç nə yox yerdən verilmir. 100 faiz gücümüzü ortaya qoyub hər məşqdə çox çalışmalıyıq. Birlikdə qalsaq və bacarığmızda inansaq, hər şey mümkündür”.