Ergin Atamanın rəhbərlik etdiyi “Panatinaikos”da ciddi itkilər var. Yunanıstan təmsilçisinin ulduzlarından sayılan Xuan Ernanqomes sol əlinin çeçələ barmağından aldığı zədə səbəbilə 2 ay oynaya bilməyəcək.

İspaniyalı basketbolçu komandasının dünənki məşqində zədələnib. Bu gün onun əməmliyyat olunacağı gözlənilir.

İspaniyalı forvard yayda komandaya qoşulub. Avroliqa görüşlərində onun göstəriciləri 4,5 xal və 5 ribaunda bərabərdir.

Digər xəbər komandanın Luka Vildosadan narazılığındadır. Komanda 28 yaşlı pleymeykerlə yollarını ayırmaq istəyir. Argentinalı basketbolçu bu yay komandaya gəlmişdi. Məlumata görə, klub onu bir neçə komandaya təklif edib. Vildosa bu mövsüm Avroliqa oyunlarında orta hesabla 8,2 xalla çıxış edir.

Xatırladaq ki, 6 oyundan yalnız ikisində qələbə qazanan “Panatinaikos” hazırda turnir cədvəlinin 10-cu pilləsindədir.

Shares: