Fransa Milli Olimpiya Komitəsi 2030-cu il Qış Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) ərizə göndərib. Bu barədə Fransa MOK-un mətbuat xidməti xəbər verir.

“Bu gün BOK-a təqdim olunan sənəd iyul ayından bəri gördüyümüz birgə işin nəticəsidir. Bu, bizim yeni formatda Olimpiadanın keçirilməsi ilə bağlı ambisiyalarımızın nümayişidir”, – deyə Fransa MOK-un prezidenti David Lappartien bildirib.

Oyunların Fransanın iki regionunda keçiriləcəyi güman edilir. Həmin regionlar Auvergne-Rhone-Alp və Provence-Alpes-Cote d’Azurdur.

Xatırladaq ki, ABŞ, İsveç və İsveçrə də 2030-cu il Olimpiadasına ev sahibliyi etməyə iddialıdır. Məlum olduğu kimi, Paris iyulun 26-dan avqustun 11-dək Yay Olimpiya Oyunlarını qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp