2017-ci ildə istefasından sonra Formula 1-in sabiq rəhbəri Berni Ekklstounu yarışlarda çox nadir hallarda görmək mümkündür. Lakin ötən həftə 93 yaşlı biznesmen İnterlaqosda görünüb.

Berni ilə birlikdə qran-priyə həyat yoldaşı Fabiana və 3 yaşlı oğlu Eys də təşrif buyurub. Bu da balaca uşaq üçün Formula 1-ə ilk gəliş olub. Əlavə edək ki, Berninin həyat yoldaşı eyni zamanda Cənubi Amerika üzrə FİA-nın vitse-prezidentidir.

Əlbəttə ki, Ekklstounun paddokda görünməsi jurnalistlərin marağına səbəb olub. Mətbuat nümayəndələri ələ düşən fürsətdən istifadə edərək Bernidən tarixin ən güclü pilotunun kimliyini soruşublar.

“Maks Ferstappen bu günə qədər Formula 1-də yarışan ən güclü pilotdur. Nə qədər ki, o çıxış edir, Zandfort mərhələsi təhlükədə olmayacaq. Sonra nə olacağını isə heç kim bilmir. Bəlkə mərhələlərin sayı aşağı düşəcək. Bir il ərzində 24 qran-pri çoxdur. Onlardan bəziləri ləğv ediləcək”, – deyə cəngavər tituluna sahib Ekklstoun əminliklə qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp