“Ayaks”ın sabiq baş məşqçisi Alfred Şröder yenidən işsiz qalıb. Amsterdam klubunda keçirdiyi bir mövsümdən sonra bu yay “Əl Əyn”ə keçən mütəxəssis istefaya göndərilib.

Futbolinfo.az xəbər verir ki, iyuldan işə başlayan niderlandlı mütəxəssis BƏƏ klubunda uğursuzluqla üzləşib. Komandanı böhrandan çıxara bilməyən Şröder çempionatda məğlubiyyətlərlə yadda qalıb. Bu isə klub rəhbərliyinin səbr kasasını daşırıb.

51 yaşlı mütəxəssisi Asiya Çempionlar Liqasında uğurlu çıxış da xilas etməyib. Onun yetirmələri ardıcıl 4 qələbə lə qrupdan çıxmağı erkən təmin edib.

Shares: