Almaniyalı məşqçi Rayner Kraft Azərbaycandan təklif alıb.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bunu 61 yaşlı mütəxəssis özü açıqlayıb.

O bildirib ki, Azərbaycanla yanaşı, İran, Meksika, Qana və Çində çalışmaq variantı olsa da, heç birini müsbət cavablandırmayıb.

Almaniyalı mütəxəssis adıçəkilən ölkələrdə həm baş məşqçi, həm də köməkçi-məşqçi kimi işləmək təklifini qəbul etmədiyini söyləyib.

Kraft son olaraq Lüksemburqun “Berdenia Berburq” komandasına rəhbərlik edib.

Shares: