“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”la matçda da (0:1) qol vura bilməyib.

Futbolinfo.az xəbər verir ki, bununla da, polşalı forvard bütün yarışlarda nəzərə alınmaqla, ardıcıl 6 oyundur fərqlənə bilmir.

Bu, Levandovskinin “Borussiya”da (Dortmund) oynadığı vaxtdan bəri ən pis seriyasıdır. O vaxt o, 2010-cu ilin dekabrından 2011-ci ilin fevralına qədər (10 matç) qol vura bilməmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp