Azərbaycanlı futbolçu Ramil Şeydayevin formasını geyindiyi Tailandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, adıçəkilən komanda Şərq zonasında qrup mərhələsinin 4-cü turu matçında Avstraliya təmsilçisi “Melburn Siti”ni səfərdə üstələyib.
“Buriram Yunayted” Qoran Kausiçin 86-cı dəqiqədə penaltidən vurduğu yeganə qol sayəsində 1:0 hesablı qalibiyyət əldə edib. Qarşılaşmaya ehtiyatdan başlayan Ramil Şeydayev 61-ci dəqiqədə meydana çıxıb.
H qrupunda yer alan “Buriram Yunayted” hazırda 6 xalla üçüncü pillədə qərarlaşır.