“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Bayer”lə keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi komandasına güvəndiyini bildirib:

“Sabah bizi maraqlı oyun gözləyir. Rəqibin gücündən danışmağa ehtiyac duymuram. Əsas bizim onlara qarşı necə reaksiya göstərməyimizdir. Komanda olaraq əlimizdən gələni edəcəyik”.

O, kompakt oyun göstərməyin vacibliyini vurğulayıb: “Almaniya klublarının taktiki savadları və intizamları ilə seçiliblər. Düşünürəm ki, bəzi məsələlərdə “Bayer” “Frayburq”dan da üstündür. Bu tip rəqiblərə qarşı daha kompakt oynayaraq nəticə qazanmaq olar”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp