Ernan Krespo tezliklə yeni təyinat alacaq. Argentinalı sabiq hücumçu ərəb klubunu çalışdıracaq.

Futbolinfo.az xəbər verir ki, bir müddət öncə Qətər klubu “Əl Duhail”də Kristof Qaltye ilə əvəzlənən məşqçi “Əl Əyn”i çalışdıracaq. BƏƏ təmsilçisi təcrübəli mütəxəssislə ilkin razılıq əldə edib. Rəsmi müqavilə həftə ərzində imzalanacaq.

Krespo bu gün istefaya göndərilən Alfred Şröderi əvəz edəcək. Niderlandlı mütəxəssis iyulda təyinat aldığı “Əl Əyn”də cəmi 4 ay çalışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp