“Real” qışda yeni futbolçu almayacaq. Madridlilər hazırkı heyətdən məmnundur.

Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti danışıb: “Qış fasiləsində kimisə almaq niyyətimiz yoxdur. Əlimizdə olan futbolçular kifayət edir. Transferlə bağlı hər hansı plan qurmuruq. Çatışmazlıqlara yayda baxacağıq”.

İtaliyalı mütəxəssis heyətdəki itkilərdən də söz salıb: “Eder Militao və Tibo Kurtua yaya kimi zədəsini tam sağaldacaq. Yeni futbolçularla bağlı planlarımızı da mövsüm bitdikdən sonra quracağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp