Kristofer Nkunkunin yaşıl meydanlara dönüşü bir qədər də yubanacaq. Fransa millisinin hücumçusu zədəsini sağaltsa da, məşqçilər korpusu onunla bağlı risk etmək istəmir.

Futbolinfo.az xəbər verir ki, “Çelsi”nin bu yay transfer etdiyi, amma zədə üzündən xidmətindən yararlana bilmədiyi forvard məşqlərə başlayıb. Onun bu həftəsonu “Mançester Siti” ilə matçda forma geyməsi ehtimalı var.

Lakin baş məşqçi Mauritsio Poçettino Nkunkunun tam sağalmasını gözləyir. O, milli komandaların oyunlarına görə yaranacaq fasilə müddətində formardın tam formaya düşməsinə çalışacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp