“Real” yay transfer dönəmi üçün əsas hədəfini seçib. Kilian Mbappenin keçidi alınmasa, madridlilər Camal Musialaya yönələcək.

Futbolinfo.az xəbər verir ki, İspaniya nəhənginin “Bayern”in yarımmüdafiəçisinə elçi düşməsinn bir səbəbi də Cud Bellingemdir. Vaxtilə İngiltərənin aşağı yaş qruplarında birgə oynamış bu futbolçular yaxın dostdur.

“Mançester Siti” də Musialanı heyətinə qatmağa çalışır. Ona Kevin de Bruynenin xələfi gözü ilə baxılır. “Bayern”in satmaq istəmədiyi 20 yaşlı futbolçunun öz qərarı yayda böyük önəm daşıyacaq. Münhenlilər illik 8 milyon avro maaş alan futbolçuya bunun üç qatını təklif etmək niyyətindədir. Amma Camal Çempionlar Liqasını qazanmaq şansı daha çox olan klub arzulayır. Bu baxımdan “Real” öndə görünür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp