Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın “Bayer” klubunu qəbul edəcək.

Bakıda keçiriləcək oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

İtkisiz irəliləyən “Bayer” hazırda 9 xalla qrup lideridir. “Qarabağ” isə 6 xalla ikincidir.

Bu gün qrupun digər matçında “Molde” (Norveç) səfərdə “Hakken”lə (İsveç) qarşılaşacaq.

Avropa Liqası
H qrupu

9 noyabr

21:45. “Qarabağ” – “Bayer”
Baş hakim: Kreyq Pouson (İngiltərə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp