UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Avropa futbol qurumu qrup mərhələsinin 4-cü turundan sonra 4 iddiaçını müəyyənləşdirib.
Bunlar Bukayo Saka (“Arsenal”, İngiltərə), Erlinq Haland (“Mançester Siti”, İngiltərə), Rodriqo (“Real”, İspaniya) və Antuan Qrizmandır (“Atletiko”, İspaniya).
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.