Sürətli şahmat üzrə dünya çempionatı bu il Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək. Bu barədə FİDE-nin prezidenti Arkadiy Dvorkoviç məlumat verib.

“FİDE Özbəkistanın zəngin şahmat ənənələrinə malik olduğunu qəbul edib. Hazırda bu ölkə şahmat dünyasında qabaqcıllardandır. Şahmata sərmayələr və sevgi dünya çempionatını bu ölkəyə həvalə etməyimizə səbəb oldu”, – deyə prezident qeyd edib.

Xatırladaq ki, keçən il rapid və blits üzrə dünya çempionatı Qazaxıstanda təşkil edilmişdi. Hər iki növdə açıq turnirdə qələbəni Maqnus Karlsen qazanmışdı. Builki turnir dekabrın 26-dan 30-dək keçiriləcək.

Shares: