Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov Avropa Həndbol Federasiyasından (EHF) növbəti təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, beynəlxalq dərəcəli nümayəndə qadınlar arasında Avropa Liqasının 3-cü mərhələsinin “ZORK Yaqodina” (Serbiya) – “MKS Lublin” (Polşa) oyununda EHF nümayəndəsi olacaq.

Noyabrın 11-də Yaqodinada yerləşən JASSA İdman Zalında təşkil olunacaq görüşü Moldovadan olan hakimlər idarə edəcəklər.

Shares: