İsveç yığmasının AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Yanne Andersson 25 futbolçuya dəvət göndərib.
Onlardan 3-ü qapıçı, 8-i müdafiəçidirsə, digər 14 nəfər yarımmüdafiə və hücum xəttində çıxış edir.
Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın qonağı olacaq isveçlilər bundan üç gün sonra Solnada Estoniyanı qəbul edəcəklər.