İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda II Liqanın 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şəfa” – “Qusar” görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilib.
“Şəfa” – “Qusar” görüşünə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” klubu 100 manat cərimə edilib.
“Şəmkir” – “Füzuli” oyununun 90+3-cü dəqiqəsində “Füzuli” klubunun baş məşqçisi Amit Quluzadə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Füzuli” klubu 150 manat cərimə edilib.
“Lerik” – “Göygöl” oyununda “Lerik” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” klubu 70 manat cərimə edilib.
“Lerik” – “Göygöl” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Lerik” klubu 80 manat cərimə edilib.
“Sheki City” – “Kürmük Qax” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilib.
“Sheki City” – “Kürmük Qax” oyununda “Kürmük Qax” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kürmük Qax” klubu 70 manat cərimə edilib.