Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın “Bayer” klubunu qəbul edib.

Bakıda keçiriləcək oyunu İngiltərədən olan hakimlər briqadası idarə edib.

İtkisiz irəliləyən “Bayer” bu oyuna qədər 9 xalla qrup lideri idisə, “Qarabağ” 6 xalla ikinci idi. Bu oyunda isə Almaniya klubu əlavə vaxtda qazandığı penalti ilə qalib gəlməklə növbəti mərhələyə vəsiqəni təmin edib.

Bu gün qrupun digər matçında “Molde” (Norveç) səfərdə “Hakken”lə (İsveç) qarşılaşacaq.

Avropa Liqası
H qrupu

9 noyabr

“Qarabağ” – “Bayer” 0:1
Qol: Viktor Bonifase, 90+4-pen.
Baş hakim: Kreyq Pouson (İngiltərə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Bayer: 17. Matey Kovar, 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 4. Conatan Ta (k), 8. Robert Andrix, 10. Florian Virts, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 21. Amin Adli, 22. Viktor Bonifase, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 18. Noa Mbamba, 23. Adam Hlojek, 30. Ceremi Frimponq, 32. Qustavo Puerta, 47. Ayman Aurir.
Baş məşqçi: Xabi Alonso.

Shares: