Gələn həftə Las-Veqasda Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi baş tutacaq. 1982-ci ildən sonra ilk dəfədir ki, Nevada ştatının paytaxtı ən sürətli avtomobilləri qəbul edəcək.
Yarışa bir neçə gün qalmış trassın hazırlıqları davam edir. Döngələrdə təşkilatçılar xüsusi bordürlər quraşdırıblar. Onların üzərinə isə kazinoları əks etdirən rəsmlər çəkiblər. Misal üçün qeyd etmək olar ki, döngələrdən birində bordürlərin üzərinə kart şəkilləri çəkilib.
Yüksək ajiotaja baxmayaraq , yerli sakinlər qran-prinin keçirilməsinə müsbət yanaşmırlar. Onların əsas narazılığı biletlərin qiyməti və yolların qapadılmasına görədir.