Federiko Valverde Madrid “Real”ı ilə yeni müqavilə imzalayıb. 29 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2029-cu ilə qədər nəzərdə tutulub. Bu barədə klubun rəsmi saytı məlumat verib.
Federiko 2016-cı ildə “Penyarol”dan Madrid komandasına keçmişdi. O zaman “Real” yarımmüdafiəçi üçün 5 milyon avro ödəmişdi.
Madrid klubunun heyətində Valverde iki dəfə İspaniya çempionu olub. Bundan başqa o, ölkə kuboku və superkubokunu, bir dəfə də Çempionlar Liqasını qazanıb.
Bu mövsüm yarımmüdafiəçi 12 oyunda meydana çıxıb. Bu görüşlərdə o, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.