Səfərlər zamanı İsveç hokkeyçiləri milli komandanın formasını geyinməyəcəklər.  Ölkə Hokkey Federasiyası belə bir qanunu bütün klublara göndərib. Qərarın qəbul edilməsinin səbəbi Belçikada baş verən terror aktıdır.

Xatırladaq ki, oktyabrın 16-da Brüsseldə Belçika – İsveç oyunundan əvvəl iki skandinavlı azarkeş qətlə yetirilmişdi. Millimizin də yer aldığı qrupun matçı yarımçıq dayandırılmış, 1:1 hesabı yekun nəticə kimi nəzərə alınmışdı.

“Biz milli formanı səfərlər zamanı geyinməməliyik. Bütün bunlar təhlükəsizlik naminə edilib. Ancaq hotel və avtobusda milli formanı geyinmək olar”, – deyə federasiyanın təhlükəsizlik işləri üzrə meneceri Abbe Tyorsleff bildirib.

Xatırladaq ki, bu həftə qadınlardan ibarət İsveç millisinin İsveçrədə 3 oyunu planlaşdırılıb. 17 yaşlılar isə Kanadada çıxış edəcəklər. Bundan əvvəl İsveç Həndbol Federasiyası da eyni qərarı qəbul etmişdi.

Shares: