Formula 1 rəhbərliyi gələn ilin qaydalarına dəyişiklik etməyi düşünür. Məlumata görə, sprint həftəsi zamanı proqram dəyişikliyə məruz qalacaq. Həftə cümə sessiyası ilə başlayacaq. Lakin 60 dəqiqə əvəzinə 90 dəqiqəlik sərbəst yürüşlər olacaq. Cümə günü axşam isə sprintin təsnifatı baş tutacaq.
Şənbə gününün proqramında səhər saatlarında sprint yarışı olacaq. Günorta seansında isə təsnifat mərhələsi yer alacaq. Bazar günü dəyişiklik gözlənilmir.
Bundan başqa sprintə görə verilən xallar da artırılacaq. Gələn ildən ilk 10 yeri tutan sürücüyə xal veriləcək. Xatırladaq ki, bu il sprintdə ilk 8 nəfərə xal verilirdi.