“Bayern”in futbolçusu Camal Musiala zədələnib.

Futbolinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Qalatasaray”a qarşı oyunda (2:1) diz əzələsindən zədə alıb.

20 yaşlı yarımmüdafiəçi təxminən 2-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Musiala bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 14 oyunda 4 qol vurub, 3 qolun ötürməsini verib.

Shares: