“Yuventus” futbolçusu Manuel Lokatelli ilə yeni müqavilə imzalayıb.

Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin yayına kimi uzadılıb.

Lokatelli bu mövsüm 11 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.

Xatırladaq ki, İtaliya çempionatının 11 turundan sonra “Yuventus” 26 xalla ikinci pillədə qərarlaşıb.

Shares: