Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.

Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olacaq, uyğun bildiyiniz matçları kuponunuza daxil edəcəksiz.

Artıq variantlarımızdan yararlanmaq imkanınız olub. Bu həftəiçi yenə mərc etməyiniz üçün məsləhətimiz var.

BANKO KUPON ÜÇÜN

Yuventus – Kalyari: 1

* “Yuventus” 11 oyundan sonra 26 xalla 2-ci sıradıdır.

* “Kalyari” 11 oyuna 9 xalla 17-ci yerdədir.

* “Yuventus” son 4 oyunda “quru” hesabla qalib gəlir.

* “Yuventus” bu mövsüm evdə yalnız “Bolonya”nı məğlub edə bilməyib.

* “Kalyari” son 7 oyunun 5-də uduzub.

* “Yuventus” son 4 oyunda “Kalyari”ni məğlub edib.

* “Yuventus” son 6 ev oyununda “Kalyari”ni məğlub edib.

SÜRPRİZ KUPON ÜÇÜN

Rayo Valyekano – Jirona: 1x

* “Rayo Valyekano” son 8 oyunda məğlub olmayıb.

* “Jirona” son 4 oyunda “Rayo Valyekano”nu məğlub edə bilmir.

* “Rayo Valyekano” son 8 oyunda yalnız 1 dəfə “Jirona”ya uduzub.

* “Rayo Valyekano” son 4 ev oyununda məğlubiyyət acısı yaşamayıb.

QARIŞIQ KUPON ÜÇÜN

Leypsiq – Frayburq: 1

* “Leypsiq” 10 turdan sonra 20 xalla 5-ci sıradadır.

* 10 tura 14 xal yığan “Frayburq” 8-ci yerdə qərarlaşıb.

* “Leypsiq” son ev oyununda “Köln”ü 6:0 hesabı ilə məğlub edib.

* “Frayburq” son 4 oyunda yalnız 1 qələbə qazanıb.

* “Frayburq” son 4 səfər oyunun 3-ünü uduzub.

* “Leypsiq” son 3 oyunda “Frayburq”u məğlub edib.

ARZULANAN KUPON ÜÇÜN

Çelsi – Mançester Siti: 3.5 alt

* “Çelsi”nin bu mövsüm evdə 6 oyununun 5-i “alt” bitib.

* “Mançester Siti”nin son 3 səfər oyununda 4 qol vurulmayıb

* Bu komandalar arasında son 9 oyunun 8-i 3.5 “alt” bitib.

* Bu komandalar arasında “Stemford Bric”də keçirilən son 3 oyunda məhsuldarlıq aşağı olub.

Shares: