Gələn həftə ABŞ-nin Las-Veqas şəhərində Formula 1 üzrə mövsümün 21-ci mərhələsi keçiriləcək. 1982-ci ildən bəri Nevada ştatının paytaxtında ilk dəfə təşkil ediləcək qran-priyə komandalar xüsusi hazırlıq görür.
İtaliyanın “Ferrari” komandası da yarışa yeni livreya ilə gəlir. Komanda sosial şəbəkə hesablarında maşının görüntülərini nümayiş etdirib. Bolidin rəng çalarlarında dəyişiklik var. Arxa qanad da yenilənib.
Xatırladaq ki, Las-Veqas qran-prisi noyabrın 17-dən 19-dək keçiriləcək. Hazırda İtaliya komandası mühəndislər kubokunda 3-cü pillədədir. “Ferrari”nin 362 xalı var. İkinci pillədə qərarlaşan “Mercedes” italyanlardan 20 xal öndədir.