Əfsanəvi snuker ustası Ronni O`Sallivan Çində keçirilən “İnternational Championship” turnirinin yarımfinalına yüksəlib. Dünya reytiqinin lideri karyerası ərzində 40-cı titulunu qazanmağa bir addım da yaxınlaşıb.

Yeddiqat dünya çempionu ¼ finalda Əli Karter üzərində 6:4 hesabı ilə qələbə qazanıb. Onun növbəti rəqibi çinli, reytinqin 37 nömrəsi Cjan Anda olacaq. Tyansin şəhərində keçirilən turnirin ümumi mükafat fondu 825 min funt sterlinqidr. Qalib 175 min mükafat əldə edəcək.

Turnirin son qalibi 2019-cu ilin dünya çempionu Cad Trampdır. O, bu turnirdə 1/16 finalda məğlub olaraq mübarizəni dayandırıb.

Shares: