Azərbaycanın UEFA reytinqində əmsalı və mövqeyi dəyişməyib.
Futbolinfo.az xəbər verir ki, buna səbəb “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” klubuna Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə məğlub olmasıdır.
Nəticədə ölkənin cari mövsümdəki əmsalı 3,625-də qalıb. Son 5 mövsümdəki ümumi əmsal isə 17,875-ə bərabərdir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Rusiyadan cəmi 0,757 əmsal geri qalır.
Baş tutan qarşılaşmalar Slovakiya və Bolqarıstanın irəliləməsinə, Rusiyanın isə geriləməsinə səbəb olub.
Reytinqə 95,053 əmsalla İngiltərə başçılıq edir. İspaniya (82,114) ikinci, İtaliya (78.426) isə üçüncü pillədə qərarlaşıb.