“Liverpul”un hücumçusu Məhəmməd Salah oktyabrda İngiltərə çempionatının ən yaxşı oyunçusu seçilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.
Salah ötən ay Premyer Liqada 3 oyun keçirib. Misirli ulduz bu görüşlərdə 7 qol vurub (“Brayton” və “Everton” ilə oyunlarda dubl, həmçinin “Nottingem Forest”ə qarşı 1 qol).
“Liverpul” hazırda İngiltərə çempionatının turnir cədvəlində 3-cü yerdədir. Yurgen Kloppun komandası lider “Mançester Siti”dən 3 xal geri qalır.