MBA-nın komissioneri Adam Silver Meksikadakı oyunların özünü doğrultduğunu vurğulayıb.

Futbolinfo.az xəbər verir ki, dünən gecə Mexikoda liqanın “Orlando” – “Atlanta” görüşü baş tutub. Bu, MBA tarixində Meksikada keçirilən 32-ci görüşdür.

“Növbəti mövsüm MBA yenə də Meksikaya gələcək. Hələlik bunun bir və ya iki oyundan ibarət olacağını söyləyə bilmərəm. Ancaq əminliklə bildirmək istəyirəm ki, buradakı atmosfer möhtəşəm idi. Biz yenidən burada oyun təşkil edəcəyik.

Cədvəl çox ağırdır. Bacardığımız qədər komandalar üçün təqvimi yüngülləşdirməyə çalışırıq. Əsas məqsədimiz əlavə yüklərin azaldılmasıdır”, – deyə Silver qeyd edib.

Xatırladaq ki, gərgin keçən oyun Atlanta komandasının 120:119 hesablı qələbəsi ilə bitib.

Shares: