Dağıstanın Kirovaul kəndinin adı Abdulmanap Nurməhəmmədovun şərəfinə dəyişdirilib. Müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Futbolinfo.az xəbər verir ki, Dağıstanın Kızılyurt rayonunun Kirovaul kəndi keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədovun şərəfinə Manapkala adlandırılacaq.

Abdulmanap Nurməhəmmədov 1962-ci ildə Sildi kəndində anadan olub, sonra isə Kirovaula köçüb. 2020-ci ilin yayında o, koronavirusa yoluxub və 58 yaşında vəfat edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp