Formula 1 sürücüsü Maks Ferstappenin şəkli məşhur “Time” jurnalının üz qabığına vurulub. “Red Bull” pilotu 1966-cı ildən bəri bu məşhur jurnalın üz qabığına dərc edilən ilk niderlandlı olub. Niderlanddan əvvəlki nümayəndə 1966-cı ildə jurnala şəkli vurulan astronom Maarten Şmidt olmuşdu.

Futbolinfo.az xəbər verir ki, 2017-ci ildə bir niderlandlı siyasətçi “Time” jurnalının üz qabığında görünmüşdü. Lakin həmin şəkildə o, fransız həmkarı Marin le Penlə idi. Ferstappen eyni zamanda buna nail olan ilk niderlandlı idmançı olub.

Xatırladaq ki, Maks bu il ardıcıl 3-cü dəfə Formula 1-də çempionluq qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp