Misli Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.

“Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Günün digər oyunu “Turan Tovuz”la “Sabah” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə “Araz-Naxçıvan” “Kəpəz”ə məğlub olub – 0:1. “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
13-cü tur

11 noyabr

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Bakı. “Neftçi Arena”, 16:30.

“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
Tovuz şəhər stadionu, 19:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp