Futbol üzrə Niderland birinci divizionunda 14-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Venlo” ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib – 0:2.

Ozan da bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb.

“Eyndhoven” hazırda 21 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp