“Qarabağ” klubunun futbolçuları Patrik Andrade və Leandro Andrade növbəti dəfə Kabo Verde millisinə dəvət alıblar.

Futbolinfo.az xəbər verir ki, hər iki yarımmüdafiəçi Anqola və Esvatiniyə qarşı DÇ-2026-nın seçmə oyunları üçün yığmaya cəlb ediliblər.

Noyabrın 16-da Anqolanı qəbul edəcək komanda noyabrın 21-də Cənubi Afrika Respublikasında Esvatini ilə üz-üzə gələcək. D qrupunda Kamerun, Liviya və Mavriki milliləri də mübarizə aparır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp