Moskva şəhərində dekabrın 14-dən 19-dək “Şahmat ulduzları 3.0” turniri keçiriləcək. Turnirin təşkilatçıları “Yeni şahmat” şirkəti və “Ağalarov Development”dir.

Partiyalar “Lujniki” Böyük İdman Arenasının ərazisində baş tutacaq. Turnirin ümumi mükafat fondu 15 milyon rubldur (162 min dollar). Bu da şahmat turniri üçün kifayət qədər böyük məbləğdir. Bir neçə il ərzində turnir yüksək nüfuz toplayıb.

3-cü dəfə keçiriləcək yarışların heyəti bəlli olub. Turnirdə güclü şahmatçılar yarışacaq.

Yarışda 10 qrossmeyster iştirak edəcək. Onlar Sergey Karyakin ( blits və rapiddə dünya çempionu , 2012-ci il dünya kubokunun qalibi, Rusiya milli komandası ilə dünya çempionu), Teymur Rəcəbov ( Azərbaycan milli komandası ilə 3 dəfə Avropa çempionatının qalibi, 2019-cu il dünya kubokunun sahibi, 2004-cü il dünya çempionatının yarımfinalçısı), Aleksandr Qrişuk ( Rusiya millisinin heyətində 4 dəfə dünya çempionu, blitsdə 3 dəfə dünya çempionu), Fransisko Valyexo ( 16 yaş 9 aylığında beynəlxalq qrossmeyster olan, yeniyetmələr arasında sabiq dünya çempionluğunu qazanan ispan şahmatçı), Yevgeni Tomaşevski, Vladislav Artemyev (2019-cu il Avropa çempionu), Ernesto İnarkiyev, Raunak Sadxvani (16 yaşlı hindistanlı qrossmeyster, bu il keçirilən olimpiadanın gümüş mükafatçısı), Aleksandra Qoryaçkina (2023-cü il FİDE dünya kubokunun qalibi), Yekaterina Laqnodur (blitsdə üçqat dünya çempionu).

“İntellektual oyun olan şahmatı populyarlaşdırdığımıza görə mən çox xoşbəxtəm. “Agalarov Development” bu turnirə böyük önəm verir. Məqsəd təkcə güclü şahmatçıları deyil, yeni başlayan gəncləri də dəstəkləməkdir. Onlar gələcəyin şahmat ulduzlarıdır”, – deyə şirkətin rəhbəri Emin Ağalarov bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp