Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolinfo.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 403 komanda var. Burada Azərbaycanın 3 təmsilçisi yer alıb.

Aktivində 131,5 xal olan “Qarabağ” ötən ayla müqayisədə 9 pillə geriləyib və 70-cidir.

“Neftçi” (58,75 xal) 22 pillə geriləyərək 340-cı yerə, “Sabah” (58,5 xal) isə 40 pillə geriləyərək 342-ci yerə enib.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) liderlik edir. İspaniya “Real”ı 288 xalla 2-ci, Misir “Əl-Əhli”si isə 244 xalla 3-cüdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp